İşçinin maaşını mənimsəyən direktora cinayət işi açıldı
+Aparılmış araşdırmalarla, qeyd edilən məktəbin sabiq direktoru Şücayət Nağdalıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə Həcər Əliyevanı 13 avqust 2012-ci il tarixdə xadimə kimi işə qəbul edərək həmin tarixdən 18 avqust 2017-ci il tarixədək Həcər Əliyevanın işə gəlmədiyi halda adına olan əmək haqqı kartını götürüb saxlamasına, həmin karta əmək haqqı köçürülməsinə nail olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Azvision.az
Teqlər: Prokurorluq Qazax