Gecə çayxanaya gedənlər cərimələndi

Gecə çayxanaya gedənlər cərimələndi
  04 Mart 2021    Oxunub:4440
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlayıb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, İsmayıllı şəhərinin Nizami küçəsində yerləşən, Ceyhun Salehlinin icarə əsasında işlətdiyi “Tac” çay evinin 00:00-dan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

İcarədar C.Salehli və orada olan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti