Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib

  04 Mart 2021    Oxunub : 2049
 Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib.
Azvision.az xəbər verir ki, bununla bağlı nazir "Twitter" hesabında paylaşım edib:

"Qardaş Türkiyənin Bingöl ərazisində hərbi helikopterin qəzaya uğraması xəbəri bizi çox kədərləndirdi. Həlak olan 9 şəhidin ailələrinə və yaxınlarına, Türkiyə xalqına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik. Başın sağ olsun, qardaş Türkiyə!"

Azvision.az

Teqlər: Ceyhun-Bayramov   Türkiyə