Naxçıvana qar yağdı - FOTOLAR

   Naxçıvana qar yağdı  -    FOTOLAR
  05 Mart 2021    Oxunub:3284
Muxtar respublika ərazisində dünən axşam saatlarından başlayaraq yağıntılı hava şəraiti müşahidə olunur.
Azvision.az -ın məlumatına görə, Şahbuz, Ordubad, Culfa və Babək rayonlarının dağlıq və dağətəyi kəndlərinə qar yağsa da, paytaxt Naxçıvan şəhəri və digər rayonlara sulu qar və yağış yağıb. Qarın qarınlığının Ordubad rayonun Nürgüt kəndində 34 sm-ə qədər artdığı bildirilir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, muxtar respublika ərazisində hava şəraiti arabir yağıntılı olacaq, bəzi yerlərdə qar yağacağı, duman olacağı gözlənilir. Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcək. Temperatur gecə 0 - 5 dərəcə isti, gündüz 4 - 9 dərəcə isti olacaq.









Azvision.az


Teqlər: Naxçıvan   Hava   Qar  





Xəbər lenti