Ağacların dibi asfaltdan təmizləndi - FOTO

Ağacların dibi asfaltdan təmizləndi -    FOTO
  05 Mart 2021    Oxunub:3535
Bakının Nizami rayonu, Heydər Əliyev prospekti 106A ünvanında ağacların dibinin asfaltlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayəti xidmətin əməkdaşları araşdırıblar.
Xidmətin rəsmisi Vaqif Cavadovun Azvision.az -a verdiyi məlumata görə, araşdırma zamanı 6 saylı Regional Yol İstismar İdarəsi tərəfindən səkinin asfaltlanması zamanı oradakı ağacların nəzərə alınmadığı və onların ətrafının tamamilə asfaltlandığı məlum olub. Ağacların dibinin asfaltdan təmizlənməsi və onlara aqrotexniki xidmətin göstərilməsi məqsədilə 6 saylı Yol İstismar İdarəsinə məcburi göstəriş verilib.

V.Cavadov qeyd edib ki, hazırda Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən ağacların dibi təmizlənir və onlara aqrotexniki xidmət göstərilir.





Azvision.az


Teqlər: Ağac   Asfalt   Təmizlik  





Xəbər lenti