Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, axtarış zamanı ondan heroin aşkar edilib. Saxlanılan şəxsin yaşadığı evinə baxış zamanı 1 kiloqram 500 qram heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, Nofəl Hüseynov narkotik vasitələri satmaq məqsədilə şəxsiyyəti istintaqla araşdırılan bir nəfərdən əldə edib.
Faktla bağlı saxlanılan şəxs barəsində 15-ci polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. N.Hüseynov tutularaq istintaqa cəlb olunub. Narkotik maddələrin mənbəyinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər:
DİN