Lənkəranda silsilə oğurluqlar edən şəxs tutuldu

Lənkəranda silsilə oğurluqlar edən şəxs tutuldu
  05 Mart 2021    Oxunub:3400
Lənkəranda silsilə oğurluqlar edən keçmiş məhkum tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, ötən il dekabrın 24-də rayon ərazisindəki evlərin birindən 800 ABŞ dolları, 700 manat məbləğində pul və qızıl-zinət əşyaları oğurladığına görə tutulmuş Gərmətük qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Hacızadə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Onun daha bir evdən məişət əşyaları oğurlaması da müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Həbs  





Xəbər lenti