Qanunsuz ov edənlər saxlanıldı

Qanunsuz ov edənlər saxlanıldı
  05 Mart 2021    Oxunub:3694
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Minbaşı kəndi ərazisində qanunsuz ov edən Şirvan şəhər sakinləri A.Bədirov və R.Şirəliyevi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, onlardan müvafiq sənədləri olmayan “Tula” və “İJ-58” markalı ov tüfəngləri götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Ov  





Xəbər lenti