Evlərdən su sayğacları oğurlayan tapıldı

Evlərdən su sayğacları oğurlayan tapıldı
  05 Mart 2021    Oxunub:3205
Nəsimi rayonunda evlərdən su sayğacları oğurlayan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, martın 2-də və 3-də rayon ərazisindəki beş evin girişlərində quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Fətullayev Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti