Qəbələdə maşın təmiri sexində yanğın olub

Qəbələdə maşın təmiri sexində yanğın olub
  05 Mart 2021    Oxunub:2873
Qəbələ rayonunun Nic qəsəbəsində ümumi sahəsi 150 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə, içərisində "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Qəbələ   Yanğın   FHN  





Xəbər lenti