Gəncədə sərnişin avtobusu qəzaya uğradı

Gəncədə sərnişin avtobusu qəzaya uğradı
  06 Mart 2021    Oxunub:3974
Gəncə şəhərinin Kəpəz rayonunda “Chevrolet” markalı minik avtomobili və “İsuzu” markalı sərnişin avtobusu toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: Gəncə   Qəza  





Xəbər lenti