Yasamalda qaraj, Suraxanıda ev yanıb

Yasamalda qaraj, Suraxanıda ev yanıb
  06 Mart 2021    Oxunub:3039
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 20 m² olan qarajın içərisində taxta qırıntıları 5 m² sahədə, yaxınlıqda məişət tullantıları üçün ayrılmış 3 ədəd plastik qutu yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda dayanan "Fiat" markalı minik avtomobilinin ön hissəsi əriyib. Qarajın qalan hissəsi yanğından mühafizə olunub.

Həmçinin, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli evin damında sahəsi 40 m² olan əlavə tikilinin yanar konstruksiyaları və içərisinə yığılan tikinti materialları yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Bakı   Yasamal   Suraxanı   Yanğın  





Xəbər lenti