Tanınmış memar vəfat etdi

Tanınmış memar vəfat etdi
  06 Mart 2021    Oxunub:3444
Azərbaycan Memarlar İttifaqının üzvü, Əməkdar arxitektor, memar və rəssam Əlibəy Novruzi vəfat edib.
Azvision.az xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əlibəy Nəzərli oğlu Novruzi 1942-ci ilin noyabrın 8-də Bakı şəhərində anadan olub. 1965-ci ildə Moskva Memarlıq İnstitutunu bitirib. Onun əsas fəaliyyəti gənc yaşlarından başlayıb. Əlibəy Novruzi bir sıra yeniliklərə imza ataraq ölkəmizdə və ölkə hüdudlarından kənarda tanınıb, 3 il ardıcıl SSRİ-nin “İlin Ən Yaxşı Memarlıq Layihəsi” müsabiqəsinin qalibi olub.

600-dən artıq memarlıq layihəsinin, 400-ə yaxın rəsm əsərinin və 3 kitabın müəllifidir. Memarlıq sahəsində 2 ixtiraya imza atıb.

Mərhum Sumqayıtın baş memarı olub.

Azvision.az


Teqlər: Memar  





Xəbər lenti