Polis itkin düşən 2 yaşlı uşağı tapdı

  06 Mart 2021    Oxunub : 2370
Polis itkin düşən 2 yaşlı uşağı tapdı
Ağdaş Rayon Polis Şöbəsinə müraciət edən rayonun Qaraoğlan kənd sakini sonuncu dəfə yaşadıqları evin qarşısında oynayan 2 yaşlı övladının itkin düşdüyünü, axtarışlarının nəticəsiz qaldığını bildirərək kömək göstərilməsini xahiş edib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, azyaşlının tez bir zamanda tapılması istiqamətində polis əməkdaşları kənd ərazisində, eləcə də rayonda dərhal axtarış tədbirlərinə başlayıblar.

Həyata keçirilən operativ tədbirlər zamanı 2 yaşlı A.B. axşam saatlarına doğru polis serjantı Rauf Yunusov tərəfindən su kanalının kənarında köməksiz vəziyyətdə tapılıb və ailəsinə təhvil verilib.

Uşağın valideynləri müraciətlərinə operativ reaksiyaya verərək övladlarının həyatını xilas edən polislərə minnətdarlıqlarını bildiriblər.

Azvision.az

Teqlər: DİN   Ağdaş