Şirvanda inzibati binada yanğın olub

Şirvanda inzibati binada yanğın olub
  06 Mart 2021    Oxunub:3652
Şirvan şəhərində ümumi sahəsi 170 m² olan birmərtəbəli inzibati binanın tavanının və dam örtüyünün yanar konstruksiyaları, bir otağında döşəmə 12 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Şirvan   Yanğın   FHN  





Xəbər lenti