353 yeni yoluxma faktı qeydə alındı

   353 yeni yoluxma faktı qeydə alındı
  06 Mart 2021    Oxunub:4207
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 353 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 236 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 591 nəfər müalicə olunaraq sağalıb, 3 238 nəfər vəfat edib. Aktiv xəstə sayı 3536 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9436, ötən müddət ərzində isə 2 645 206 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti