Bakıda külək məktəbin dam örtüyünü uçurdu - FOTO

 Bakıda külək məktəbin dam örtüyünü uçurdu -  FOTO
  07 Mart 2021    Oxunub:3971
Paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub.
Bu barədə Azvision.az -a Bakı Şəhər Təhsil İdarəsindən bildirilib.

Hadisə ilə əlaqədar mütəxəsislər məktəbdə olub, ilkin təhlükəsizlik tədbirləri görülüb. Araşdırmalardan sonra müvafiq rəy veriləcək. İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq.



Azvision.az


Teqlər: Məktəb   Bina  





Xəbər lenti