Güclü külək 600 abonenti qazsız qoydu

  07 Mart 2021    Oxunub : 1947
Güclü külək 600 abonenti qazsız qoydu
Martın 7-də Bakı şəhəri və ətraf yaşayış massivlərində hava şəraiti güclü küləklə müşahidə olunur. Bu cür vəziyyət qaz təsərrüfatına da ziyansız ötüşmür.
Azvision.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.

"Xəzər rayonu Binə qəsəbəsi "Sovxoz" ərazisi deyilən yerdə, "Qardaşlar" marketinin damı uçaraq diametri 159 mm olan orta təzyiqli qaz xəttinin üzərinə aşıb. Təbii hadisə səbəbindən müvəqqəti olaraq 600 abonentin qaz təchizatında fasilə yaranıb. "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyi tezliklə fəsadların aradan qaldırılması və qaz təchizatının bərpa olunması barədə tapşırıqlar verib", - deyə qurum rəsmisi vurğulayıb.

Azvision.az

Teqlər: Azəriqaz   Qaz