Güclü külək daha bir məktəbə ziyan vurdu

  Güclü külək daha bir məktəbə ziyan vurdu
  07 Mart 2021    Oxunub:3489
Paytaxtda əsən güclü külək nəticəsində 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindın Azvision.az -a verilən məlumata görə, digər bir neçə məktəbin həyətində isə ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.

Müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.



Azvision.az



Teqlər: Məktəb  





Xəbər lenti