Xocavənddə düşmənin atıb qaçdığı silahlar tapıldı

  08 Mart 2021    Oxunub : 1692
Xocavənddə düşmənin atıb qaçdığı silahlar tapıldı
Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.

Növbəti belə tədbir zamanı RPŞ əməkdaşları tərəfindən erməni hərbçilərin ataraq qaçdığı 2 ədəd “Foqot” qurğusu, 35 ədəd müxtəlif növ qumbara, 171 ədəd müxtəlif növ mərmi, 8 050 ədəd müxtəlif çaplı patron, avtomat üçün sandıqlar və digər döyüş sursatları aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN   Xocavənd