Balaxanıda quldurluq edən şəxs saxlanılıb

Balaxanıda quldurluq edən şəxs saxlanılıb
  08 Mart 2021    Oxunub:2363
Martın 7-də Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə Balaxanı qəsəbəsi ərazisində bir nəfərin qəsəbə sakini B. Məmmədlini bıçaqla hədələyərək 50 manat dəyərində mobil telefonunu alması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Ağamirzəyev müəyyən edilərək saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti