Salyanda qadınlar maşın oğurladı

   Salyanda qadınlar maşın oğurladı
  08 Mart 2021    Oxunub:3303
Salyan Rayon Polis Şöbəsinə martın 7-də saat 16 radələrində rayon ərazisindən Bakı şəhər sakini S. Nəcəfova məxsus “Opel” markalı avtomobil qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Bayramova və sərnişini, paytaxt sakini M.Orduxanova saxlanılıblar.

Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Salyan   Maşın  





Xəbər lenti