Tovuzda “Mercedes”lə “Toyota” toqquşub

Tovuzda “Mercedes”lə “Toyota”  toqquşub
  09 Mart 2021    Oxunub:2719
Tovuz rayonunda “Mercedes” və “Toyota” markalı iki minik avtomobili toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Toyota" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: Tovuza   Qəza   FHN   Xilasetmə  





Xəbər lenti