Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması daha bir il uzadıldı

   Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması daha bir il uzadıldı
  09 Mart 2021    Oxunub:2822
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması daha bir il uzadılıb.
Azvision.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik edilib.

Dəyişiklikdə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək uzadılması təklif edilir.

Dəyilşiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Sahibkarlıq   Yoxlama  





Xəbər lenti