Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı
Polisin qanuni tələblərinə tabe olmayan sürücü və sərnişin, həmin avtomobilin sahibi, Cəlilabad rayonunun Ləkin kənd sakini Nemət İmanov tibbi müayinəyə dəvət ediliblər. Müayinə nəticəsində hər iki şəxsin narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.
N.Allahverdiyev və N.İmanov barəsində Cəlilabad RPŞ-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Azvision.az
Teqlər: Cəlilabad Polis Narkoman