Məktəblilərin intiharı ilə bağlı cinayət işi başlanıb

   Məktəblilərin intiharı ilə bağlı cinayət işi başlanıb
  10 Mart 2021    Oxunub:4078
Dünən Qaradağ rayonu Lökbatan qəsəbəsində iki məktəbli qızın intiharı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.

Azvision.az



Teqlər: Prokurorluq   İntihar  





Xəbər lenti