Köməksiz qalan 4 nəfər xilas edildi

Köməksiz qalan 4 nəfər xilas edildi
  11 Mart 2021    Oxunub:1998
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 4 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Azvision.az


Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti