Bakıda "Hyundai", Sumqayıtda "Ford" yandı

Bakıda  "Hyundai", Sumqayıtda "Ford" yandı
  11 Mart 2021    Oxunub:2793
Bakı şəhərinin Yasamal rayonunda "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Sumqayıt şəhərində "Ford" markalı yük avtomobilinin yanar hissələri və yaxınlıqda dayanan “Kia” markalı minik avtomobilinin yük yeri qismən yanıb. Minik avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Bakı   Sumqayıt   Maşın   Yanğın  





Xəbər lenti