Axtarışda olan 46 nəfər saxlanılıb

Axtarışda olan 46 nəfər saxlanılıb
  11 Mart 2021    Oxunub:1567
Daxili İşlər Nazirliyi (DİN) ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 34 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti