Qarabağda ermənilərin oğurluq pullarla tikdiyi villalar - VİDEO

Qarabağda ermənilərin oğurluq pullarla tikdiyi villalar -  VİDEO
  11 Mart 2021    Oxunub:8200
Ermənistan mətbuatı 30 il ərzində orduya ayrılan pulların oliqarxlar, erməni generallar və "Qarabağ klanı" tərəfindən necə talan edilməsi barədə məlumat yayıb. Bildirilib ki, vəzifəli şəxslər dövlətdən oğurladıqları pullarla Qarabağda özlərinə villalar tikdiriblər.
Azvision.az xəbər verir ki, Xankəndi və digər ərazilərdə tikilən villaların görüntüləri dronlarla lentə alınaraq paylaşılıb.

Videodakı villaları təqdim edən müəllif işğal dövründə Azərbaycanın Qarabağ ərazisində inşa edilən və dəyəri milyon dolları keçən bu malikanələrin əksəriyyətinin separatçılara məxsus olduğunu vurğulayıb.

Qeyd edək ki, Şuşa işğaldan azad edilərkən bir neçə erməni oliqarx və keçmiş məmur şəhərdə bahalı villalarının qaldığını bildirmişdi. Onlardan biri də Ermənistan Futbol Federasiyasının sabiq rəhbəri Ruben Ayrapetyan idi.



Tural Tağıyev
Azvision.az


Teqlər: Villa   Qarabağ  





Xəbər lenti