Binəqədidə “BMW” aşdı - Ölən var

 Binəqədidə “BMW” aşdı -   Ölən var
  12 Mart 2021    Oxunub:2459
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda “BMW” markalı minik avtomobilinin aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri və 1994-cü il təvəllüdlü Mədətov Şahin Gülverdi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti