Bakı-Şamaxı yolunda son vəziyyət açıqlandı

 Bakı-Şamaxı yolunda son vəziyyət açıqlandı
  12 Mart 2021    Oxunub:1315
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 39-45-ci km-lik hissəsində Şamaxı rayonu istiqamətində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.
Bu barədə Azvision.az - a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

"Baxmayaraq ki, gecə saatlarından etibarən sözügedən hissədə xüsusi texnikalar qarın təmizlənməsinə cəlb edilib, amma əsən güclü külək nəticəsində yol kənarında olan qar yolun hərəkət hissəsini yenidən örtür.

Sözügedən problem ancaq Şamaxı rayonu istiqamətində müşahidə olunur. Yol ayrıcına quraşdırılmış dəmir-beton maneələr qarın digər istiqamətə keçməsinin qarşısını alır. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsinin köməkliyi ilə magistral yolun sözügedən 6 km-lik ərazisində əks istiqamət üzrə, yəni paytaxt Bakı istiqamətində müvəqqəti ikitərəfli hərəkət təmin olunub.

Hazırda da Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 39-45-ci km-lik hissəsində qarın təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir", - deyə Agentlik bəyan edib.

Azvision.az


Teqlər: Bakı   Şamaxı   yol  





Xəbər lenti