Maşında tapança və qumbara gəzdirən şəxs saxlanıldı - FOTO

Maşında tapança və qumbara gəzdirən şəxs saxlanıldı -   FOTO
  13 Mart 2021    Oxunub:3746
Suraxanı Rayon Polis İdarəsinin 30-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Hövsan qəsəbəsində idarə etdiyi avtomobildə silah-sursat saxlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinidən Azvision.az -a bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı qəsəbə sakini Fuad Lazımov idarə etdiyi “Saipa” markalı nəqliyyat vasitəsi ilə birlikdə tutulub.



Onun avtomobilinə baxış zamanı 1 ədəd tapança və 1 ədəd alışqanı ilə birlikdə “F1” qumbarası aşkar olunaraq götürülüb. Faktla bağlı 30-cü Polis Şöbəsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti