Ağcabədidə ev yanıb külə döndü

Ağcabədidə ev yanıb külə döndü
  14 Mart 2021    Oxunub:1597
Ağcabədi rayonu, Minaxorlu kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın   Ağcabədi  





Xəbər lenti