Zəngilanın meşələrinə dəymiş zərər açıqlandı
Ümumi sahəsi 107 hektar olan qoruq ermənilər tərəfindən talan edilməklə əhatəsindəki bitki örtüyünün tamamilə məhv olmaq təhlükəsi yaranıb. Qırmızı palıd ağacları kökündən çıxarılaraq doğranılıb, mebel istehsal edilib və çox hissəsi isə xarici ölkələrə satılıb. Bütün bunlar ermənilərin təbiətə, təbiət abidələrinə, bütövlükdə ekologiyaya vurduğu terror zərəridir”.
Monitorinq nəticəsində ərazinin dağlıq hissəsinin meşə örtüyündə iberiya palıdı (Quercus iberica) və Qafqaz vələsi (Carpinus caucasica), ardıcın 2 növünə - ağıriyli ardıc (J.foetidissima), alçaqboylu ardıc (Juniperus depressa Stev.) və kütyarpaq saqqızağacına (Pistacia mutica), qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, yemişan, itburnu, murdarça, quru-bozqır, dağ kserofil bitkiləri, kolluqlar, qaratikan və s. rast gəlinib.
"Ərazidə iqlim dəişkənliyi və antropogen amillər bitki örtüyünun qismən dəyişməsinə səbəb olub. Qoruğun mövcud vəziyyətinin qiymətləndirilməsi üçün monitorinq qrupunun gəldiyi ümumi nəticəyə görə, burada Şərq çinarı ağacları kəsilib, qırılan ağacların köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilib, ərazidə yanğınlar törədilib ki, bu da qoruğun dağıdılmasına səbəb olub. Belə faktlar isə ekoloji terrordan başqa bir şey deyil".
Azvision.az