Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, paytaxt ərazisində bir nəfər aktiv koronavirus xəstəsi Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai yerdə aşkar edilərək saxlanılıb. Bakı şəhər sakini 63 yaşlı A.Əliyevə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, onun yaşayış yerini tərk etdiyi müəyyənləşdirilib.
Polis əməkdaşları onunla izahedici söhbətlər aparıblar. Həmin şəxs tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb. Bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.
Azvision.az