“Leyla Əliyeva: “Xocalıya ədalət!”

“Leyla Əliyeva: “Xocalıya ədalət!”
  25 Fevral 2014    Oxunub:1161
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində yazıçı-publisist, Əməkdar Jurnalist Vasif Səmədov və professor Rövşən Vəlizadənin birgə qələmə aldıqları “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” ikicildliyinin təqdimatı keçirilib.

“CBS Polyqrafic production” nəşriyyatında çapdan çıxmış kitablar Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilmiş “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının beşilliyinə həsr olunub.

Tədbirdə çıxış edənlər bildirmişlər ki, bu nəşrlərdə beynəlxalq terrorizmin bir qolu olan erməni terror təşkilatlarının Azərbaycan torpaqlarında tarixin müxtəlif dövrlərində, xüsusilə XX əsrin sonlarında Ermənistan silahlı birləşmələrinin və onların havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törətdikləri kütləvi qırğından, vəhşilikdən, soyqırımından bəhs edilir. Eyni zamanda, ikicildlikdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində beynəlxalq aləmdə həyata keçirilən təqdirəlayiq tədbirlərdən geniş söhbət açılır.




Teqlər:





Xəbər lenti