Şəhid ailəsinə mənzil verildi - FOTO

Şəhid ailəsinə mənzil verildi -    FOTO
  18 Mart 2021    Oxunub:1295
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial tərəfdaşlarından biri tərəfindən Sumqayıt şəhərində şəhid Cəbrayıl Dövlətzadənin ailəsinə yeni tikilmiş çoxmənzilli yaşayış binasından 3 otaqlı mənzil hədiyyə edilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, mənzilin sənəd və açarlarının təqdim edilməsi zamanı Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Prezident İlham Əliyevin şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğısından bəhs edib. Bu kateqoriyadan olan vətəndaşların mənzillə, fərdi evlə təminat proqramının ildən-ilə genişəndiyini, ötən il də onlara əvvəlki ilə nisbətən 70 faiz çox olmaqla 1572 mənzil və fərdi ev verildiyini bildirib.



Qeyd olunub ki, indiyədək 9250 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunub, yaxın 5 ildə 11 min, o cümlədən cari ildə 3 min mənzil və fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə veriləcək.

Nazirlik tərəfindən şəhid ailələrinin dəstəklə təminatı, o cümlədən mənzil-məişət məsələlərinin həllində sosial məsuliyyətdən çıxış edən sosial tərəfdaşlar da xeyirxah təşəbbüslər həyata keçirir, nəcib addımlar atırlar. Sosial tərəfdaşlarından biri tərəfindən Sumqayıt şəhərində şəhid Cəbrayıl Dövlətzadənin ailəsinə mənzil verilməsi də bu addımların davamıdır.



Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Cəbrayıl Dövlətzadə Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Şəhidin ailəsinə müvafiq sosial ödənişlər də təyin olunub.

Şəhidin bacısı Məleykə Dövlətzadə şəhid ailələrinə daim qayğı göstərildiyinə görə dövlət başçısına minnətdarlığını bildirib. O, yeni mənzillə təmin olunduqlarına görə təşəkkür edib.







Azvision.az


Teqlər: Şəhid   Ailə   Ev  





Xəbər lenti