R.T.Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Kasımpaşa bölgəsində dünyaya gəlib. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirib. Həmin il İmam Xatib liseyinə daxil olub və 1973-cü ildə oradan məzun olub. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində alıb. Camialtı, İETT, və Eroksporda 16 il futbol oynayıb.
12 sentyabr 1980-cı ildən sonra futboldan ayrılaraq siyasətə qoşulur.
Milli Türk Birliyindəki fəaliyyətindən sonra 1976-ci ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul il (vilayət) başçısı seçilib. Ərdoğan 1977-ci ildə bir konfransda tanış olduğu Əminə xanımla 4 iyul 1978-ci ildə ailə həyatı qurub.
Evliliklərindən Əhməd Burak və Nəcməddin Bilal adında iki oğlu, Əsra və Süməyyə adında iki qız övladı olub.
AzVision.az