Sürücü törətdiyi qəzada öldü

Sürücü törətdiyi qəzada öldü
  29 Mart 2021    Oxunub:1163
Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəhər ərazisində Aşağı Tala kənd sakini C.İsmayılov idarə etdiyi “Nissan” markalı avtomobili yol ayırıcısına vurub. Qəza nəticəsində C.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Zaqatala   Qəza   Yol  





Xəbər lenti