Dağlıq rayonlara yenə qar yağacaq
Martın 1-də hava şəraitinin buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-4, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 1-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-6, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
AzVision.az