“Ermənistan və Gürcüstanda inqilab gözlənilir”

“Ermənistan və Gürcüstanda inqilab gözlənilir”
  28 Fevral 2014    Oxunub:1047
Ukraynada Yanukoviçin devrilməsi ilə başa çatan xalq inqilabından sonra etiraz dalğasının digər ölkələrə də keçəcəyi gözlənilir. Analitiklər hesab edirlər ki, Rusiyanın badına gedən Ukraynanın aqibətini digər postsovet ölkələri də yaşaya bilərlər. İnqilab təhlükəsinin Özbəkistan, Belarusiya, Tacikistanda təkrarlanacağı ehtimal edilir. İqtisadi baxımdan uçurumda olan Ermənistanın da adı inqilab ölkələrinin sırasında hallanır.
Politoloq Qabil Hüseynli regionu gözləyən təhlükə və eləcə də xalq inqilabı gözlənilən ölkələrlə bağlı vəziyyəti şərh edib.

Ekspert bildirib ki, Maydan hadisələrindən sonra Ermənistan və Gürcüstanda da inqibal baş verə bilər.

“Həm də maddi rifahı aşağı səviyyədə olan, rüşvət və korrupsiyanın geniş yayıldığı ölkələrdə baş verə bilər. Burada əsas rol oynayan əhalinin şüurluluq səviyyəsidir. Yəni ki,mədəniyyət səviyyəsindən, siyasi iradəsinin olmasından asılı olan ölkələrdə, həmin hadisələr təkrarlana bilər.

Bəziləri deyirlər ki,Azərbaycanda bu cür hadisələr baş verə bilər, amma sadaladığım xüsusiyyətləri Azərbaycanda görmürəm. Azərbaycanda maddi rifah səviyyəsi Ukraynaya nisbətən üstündür, əhalinin siyasi səviyyəsi də aşağıdır.

Hakimiyyət müəyyən reformalara aparır, müəyyən dəyişikliklər edir. Beləliklə, problemləri birtəhər yatızdıra bilir. Bu nöqteyi-nəzərdən belə hadisələrin potsovet məkanında, müsəlman ölkələrində hələ ki, baş verməyini təxmin etmirəm. Ermənistanda baş verə bilər, Gürcüstan yenidən bir inqilaba namizəd ola bilər, Belarusiyada ola bilər. Zənnimcə, hələki bu ölkələrdə növbə ilə baş versə, sonradan yavaş –yavaş digər ölkələrə də sıza bilər”-deyə Q.Hüseynli qeyd edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti