`Qanun` nəşriyyatı 150 min manat cərimə olundu

`Qanun` nəşriyyatı 150 min manat cərimə olundu
  01 Mart 2014    Oxunub:1544
Şahbaz Xuduoğlu: "Məsələ ilə bağlı yuxarı instansiya məhkəmələrinə müraciət edəcəm".
Vergilər nazirliyi "Qanun" nəşriyyatını cərimələyib.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bu barədə nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu məlumat verib. Onun sözlərinə görə aparılan Vergi yoxlamalarının nəticəsi olaraq "Qanun" nəşriyyatı 150 min manat cərimə olunub. Vergilər Nazirliyi, Vergi Cinayətlərinin ibtidai Araşdırılması Departamentində İstintaq idarəsində cinayət işi başlanıb.

Eyni zamanda bu gün 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsinin hakimi Elçin Məmmədov "Qanun" nəşriyyatının iddasını təmin etməmək barədə qərar çıxarıb.

Nəşriyyat rəhbəri qeyd edib ki, məsələ ilə bağlı yuxarı instansiya məhkəmələrinə müraciət edəcək.


Teqlər:





Xəbər lenti