Xocalı gerçəkləri ərəb dilində

Xocalı gerçəkləri ərəb dilində
  01 Mart 2014    Oxunub:1481
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “QHT Nəşriyyatı”nda ərəb dilində çapdan buraxılmış Xocalı soyqırımına həsr olunan “Əl-Ədalət Li Xocalı” (Xocalıya Ədalət) kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Liviya, Səudiyyə Ərəbistanı, Qətər, Mərakeş və Fələstinin Azərbaycandakı səfirliklərinin nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Toplantıda çıxış edən Şura sədri Azay Quliyev kitabın Şuranın “QHT Nəşriyyatı”nın vəsaiti hesabına nəşr edildiyini qeyd edib. Azay Quliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə son bir neçə ildə aparılan “Xocalıya Ədalət” kampaniyasının real nəticələrinin özünü göstərdiyini və dünyanın bir çox ölkələrində vətəndaşların Qarabağ həqiqətlərini artıq anladığını bildirib.

Şuranın dəstəyi ilə işıq üzü görən çoxsaylı nəşrlərin sırasına ilk dəfə olaraq Xocalı soyqırımından bəhs edən ərəb dilində kitabın əlavə olunduğunu qeyd edən Azay Quliyev dini, mənəvi cəhətdən bağlı olduğumuz ərəb dövlətlərində də Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyinin dolğun şəkildə çatdırılmasına ehtiyac olduğunu vurğulayıb.

Təqdimat mərasimində Fələstinin ölkəmizdəki səfirinin müavini, sözügedən kitabın müəllifi Əli Rzazadə, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov çıxış edərək kitabın əhəmiyyətindən danışaraq Şuranın təşəbbüsünü alqışladıqlarını bildiriblər.


Teqlər:





Xəbər lenti