Yaz iməcliyi kecirildi

Yaz iməcliyi kecirildi
  01 Mart 2014    Oxunub:1201
Naxçıvanda yaz mövsümünün ilk iməciliyi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Azərbaycanda ekoloji tədbirlərin gücləndirilməsi insanların sağlamlığı üçün başlıca şərtdir”.
Hazırda Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqət və qayğı göstərilir. Çünki təbiətə qayğı ilə yanaşmaq, ekoloji tarazlığı qorumaq sağlam ətraf mühit deməkdir. Bu baxımdan hər il keçirilən yaşıllaşdırma tədbirlərinin böyük əhəmiyyəti vardır. Təkcə 2013-cü ildə muxtar respublikada 531 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparilib, 400 mindən artıq ağac və gül kolu əkilib.

Təbiətin oyanmağa başladığı bu günlərdə muxtar respublikada iməciliklərin keçirilməsi də əlverişli ekoloji mühitin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzVision.az-a bildirmişdir ki, martın 1-də muxtar respublikada növbəti iməcilik keçirilib, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri yeni yaşıllıq zolaqları və meyvə bağları salıblar.

Muxtar respublikanın Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin ətrafındakı ərazidə keçirilən iməcilikdə iştirak edib, yeni meyvə bağı salıblar. Yeni salınan meyvə bağının sahəsi 3 hektardır. İməcilik zamanı burada yerli şəraitə uyğun 2 mindən artıq meyvə tingi əkilərək suvarılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib, ərazidə bundan sonra da ting əkinlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.



Teqlər:





Xəbər lenti