Xəzər rayonunda abadlıq işləri
Rayon icra hakimiyyətindən AzərTAc-a verilən məlumata görə, Gürgan qəsəbəsində 12 min kvadratmetr, Buzovnada 42 min 600 kvadratmetr, Şüvəlan qəsəbəsində 72 min 800 kvadratmetr yola asfalt salınıb.
Eyni zamanda, Buzovna-Şüvəlan, Qala-Pirallahı, Buzovna–Maştaga, Hava limanı-Zıg yolundan Qala dördyoluna qədər olan hissə, ümumilikdə 53,7 kilometr yol yenidən qurulub.
Hazırda Buzovna-Mərdəkan-Qala dairəvi yolunun və Binə qəsəbəsindəki İsazadə küçəsinin yenidən qurulması işləri davam etdirilir.
Teqlər: