Bir gündə 20 min ağac əkildi

Bir gündə 20 min ağac əkildi
  02 Mart 2014    Oxunub:1007
Qazaxda bir gündə 20 min ağac əkilib.
AzVision.az xəbər verir ki, Qazax rayonunda ağac əkilməsi artıq ənənə halını alıb. Mart ayının ilk günündən rayonda növbəti ağac əkini kampaniyası başlanıb.

Rayon icra hakimiyyətindən bildiriblər ki, Bakı-Qazax magistral yolunun Qazaxdandan keçən hissəsinin kənarlarına yeni tinglər basdırılıb, əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilir.

Rayon rəhbərliyinin də iştirak etdiyi kampaniyanın ilk günündə 20 mindən çox ağac əkilib. Mart ayının sonunadək rayon ərazisində 50 mindən çox ağac əkilməsi nəzərdə tutulur.

AzərTAc


Teqlər:





Xəbər lenti