`SOCAR`ın ərazisində bomba tapıldı

`SOCAR`ın ərazisində bomba tapıldı
  03 Mart 2014    Oxunub:1218
Marneulinin mərkəzi meydanında şəxsi maşından bomba tapılıb.
Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhər sakini Hüseyn Hüseynova məxsus “Mersedes” markalı avtomobildə bomba quraşdırıldığı aşkar olunub.

Maşın sahibi aptekdən dərman alıb qayıtdıqdan sonra avtomobildə şübhəli əşya görərək polisə məlumat verib və hadisə yerini polis təxminən 5 saat müddətində mühasirədə saxlamış, hərəkət dayanıb.

Aşkar olunmuş bombanın zərərsizləşdirildiyi bildirilib.

AzVision.az AzərTac-a istinadən xəbər verir ki, həmin ərazidə “SOCAR”ın yanacaqdoldurma stansiyası, “Çay evi”, supermarket, rayon polis idarəsi və digər mühüm obyektlər yerləşir.

Hələlik hadisə barədə ətraflı məlumat verilməsə də cinayət işinin açıldığı və araşdırma aparıldığı qeyd edilib.


Teqlər:  





Xəbər lenti