Ermənilər bizi necə zəhərləyir? - Nazirlik

Ermənilər bizi necə zəhərləyir? - Nazirlik
  04 Mart 2014    Oxunub:1369
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
Fevral ayının III ongünlüyündə Kür çayında suyun sərfi fevral ayınının II ongünlüyünə nisbətən 36 m3/san artaraq 168 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 5, Ağstafaçayda və Ağstafaçay su anbarında isə 4 dəfə YVQH-ni keçib.
Fevral ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə fenollar 3, I Şahsevəndə və Bəhramtəpədə isə 4 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.56-6.23 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

AzVision.az


Teqlər:





Xəbər lenti