Arif Quliyevin videosunu yayan tibb işçisi cəzalandırıldı

   Arif Quliyevin videosunu yayan tibb işçisi cəzalandırıldı
  28 Aprel 2021    Oxunub:3379
Bəzi KİV-lərdə və sosial şəbəkələrdə koronavirus xəstəliyindən müalicə alan Xalq artisti Arif Quliyevin videogörüntüləri yayılıb.

Azvision.az -ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) "Yeni klinika"da lentə alınan görüntülərin yayılmasına münasibət bildirib.
TƏBİB-dən verilən məlumatda qeyd edilib ki, koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya otağına telefonla giriş qadağandır:

"Xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb. Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq, hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib".

Qeyd edək ki, Xalq artisti Arif Quliyev bir neçə gün əvvəl koronavirusa yoluxub. "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilən aktyor süni tənəffüs aparatına qoşulub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Azvision.az


Teqlər: TƏBİB   Arif-Quliyev  





Xəbər lenti